BAKI, 8 fev – Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo sabah Türkiyədə olacaq. Sputnik Azərbaycan “Bloomberg”ə istinadən xəbər verir ki, bu, Mayk Pompeonun vəzifəyə yeni təyin olunandan sonra xaricə ilk səfəridir.
Səfər çərçivəsində Pompeo Türkiyə rəsmiləri ilə PYD və FETÖ başda olmaqla, qlobal terrorizmlə mübarizə məsələlərini müzakirə edəcək.