"Prezidentin səfəri strateji əməkdaşlıq sazişini yenidən gündəmə gətirdi"

© Photo : Facebook / rufiz.qonaqovBMAM sədri Rufiz Qonaqov
BMAM sədri Rufiz Qonaqov - Sputnik Azərbaycan
Abunə olmaq
Rufiz Qonaqov: "Hesab edirəm ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq çərçivəsində təhlükəsizlik məsələlərinə ciddi önəm verəcək"

BAKI, 7 fev — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Belçikaya səfəri bir neçə mühüm görüşlə yadda qaldı. Ölkə başçısı fevralın 6-da Brüsselə səfəri zamanı Avropa İttfaqının prezidenti Donald Tusk, Avropa İttifaqının baş komissarı Jan-Klod Yunker, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və digər vitse-prezident, o cümlədən qurumun xarici siyasət məsələlərinə cavabdeh Federika Mogerini, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb. 

Demək olar ki, bütün görüşlərdə Prezident İlham Əliyev Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Eyni zamanda ölkə başçısı ilə görüşən avropalı rəsmilər Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 

BMAM sədri Rufiz Qonaqov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rufiz Qonaqov: “Azərbaycan barışdırıcı qüvvə olduğunu bir daha sübut edəcək”

Prezident İlham Əliyevin Belçika səfərini şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov hesab edir ki, ölkə başçısının Belçika səfəri mühüm əhəmiyyət kəsb edir: “Nəzərə alsaq ki, Avropa İttifaqının mərkəzi qərargahı da Belçikada yerləşir, səfərin əhəmiyyəti bizə daha aydın olur. Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqının rəhbərliyi bir sıra ikitərəfli görüşlərə başlayıb. Azərbaycan xarici siyasətində balanslı və tarazlaşdırılmış siyasət aparır. Sözsüz ki, Azərbaycanın xarici ölkələrlə münasibəti bərabərhüquqlu və qarşılıqlı maraqlar əsasında qurulub. Bütün beynəlxalq təşkilatlar Azərbaycanla qarşılıqlı əməkdaşlıq şəraitində işləyirlər. Azərbaycan heç bir təşkilatdan asılı deyil və üzərinə götürdüyü öhdəlikləri də milli maraqlarına uyğun olaraq yerinə yetirib”. 

Rufiz Qonaqovun sözlərinə görə, prezidentin Belçika səfərində Azərbaycan-Avropa Birliyi arasında təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq imkanları bir daha müzakirə edilib: “Azərbaycanın ərazi bütövlüyü avropalı siyasilər tərəfindən birmənalı şəkildə dəstəkləndi. Dağlıq Qarabağ münaqişəsilə bağlı status-kvonun dəyişdirilməsinin vacibliyi vurğulandı. Hesab edirəm ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq çərçivəsində təhlükəsizlik məsələlərinə ciddi önəm verəcək. Eyni zamanda Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaxşılaşması və yaxınlaşması istiqamətində ciddi addımlar atılacaq. 

Avropa İttifaqı Azərbaycanla iqtisadi əməkdaşlıq məsələlərində olduqca maraqlıdır. Azərbaycan həm öz yaxın qonşuları, həm də beynəlxalq təşkilatlarla öz maraqlarına uyğun olaraq balanslı, tarazlaşdırılmış əməkdaşlıq edir. Bu mənada prezidentin Belçika səfəri sözsüz ki, mühüm əhəmiyyət daşıyır. Prezidentin Belçika səfərindən öncə Avropa İttifaqının nümayəndələri Bakıya səfər edib ölkə başçısı ilə görüşmüşdülər.  Azərbaycan Avropa Birliyi ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Gələcəkdə Avropa Birliyi ilə iqtisadi əlaqələrinin daha da genişlənməsi və s. əməkdaşlıq məsələləri üzrə real razılıqlar əldə oluna bilər. Həmçinin TANAP və dəmir yol layihələri üçün investisiya cəlb etmək mümkün ola bilər. Xatırlatmaq lazımdır ki, ötən il fevral ayının 29-da Bakıda Cənubi-Qaz Dəhlizi üzrə Məşvərət Şurasının ikinci toplantısı keçirilmişdi. Həmin toplantıda 7 dövlətin rəsmiləri iştirak edirdilər və onlar yekun sənədə imza atdılar. Cənubi-Qaz Dəhlizi layihəsini tam dəstəkləyən Avropa Birliyi ilə yeni sıx əlaqələrimiz var və bu əlaqələr yüksələn xətt üzrə davam etməkdədir”. 

Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
İlham Əliyev Brüsseldə AŞPA-nın sabiq prezidenti ilə görüşüb

Rufiz Qonaqov bildirib ki, ölkə başçısının Brüsselə səfəri Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişi yenidən gündəmə gətirib: “Avropa İttifaqı Azərbaycan qazının əsas alıcılarından biri olaraq ölkəmizin iqtisadi partnyoru sayıla bilər. Görüşlərdə də “Cənubi Qaz Dəhlizi” layihəsi üzərində xüsusi dayanılırdı. Avropanın enerji təhlükəsizliyi üçün bu layihə olduqca vacibdir.  Bakı-Tiflis-Qars dəmir yolu layihəsi də Azərbaycan və Avropa İttifaqı ölkələri üçün çox vacibdir. Təsadüfi deyil ki, president İlham Əliyev Brüsseldəki görüşlərində bu layihənin əhəmiyyətindən bəhs etdi və Azərbaycana tranzit ölkə statusunun verilməsi müzakirələrdə vacib məsələ kimi qoyuldu”. 

Sonda Rufiz Qonaqov qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı maraqlara cavab verən formatda əməkdaşlıq etmək niyyətindədir: "Çox güman ki,  yaxın vaxtlarda tərəflər arasında əməkdaşlığın qurulması üçün real addımların şahidi olacağıq".

Xəbər lenti
0