Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Kibrit çöpləri ilə möcüzələr yaradan gənc

Abunə olmaq
Sərvər Abdullayev Qız Qalasının, Heydər Əliyev Mərkəzinin və Hökumət Evinin maketlərini hazırlayıb

Ağdamın Zəngişalı kənd sakini, 28 yaşlı Sərvər Abdullayevin hələ uşaqlıqdan əl işlərinə marağı olub. Dediyinə görə, hər hansı əşyanın şəklinə bir dəfə diqqətlə baxmaq kifayət edir ki, onun maketini hazırlasın.

Kibrit çöpündən müxtəlif fiqurların hazırlanmasını ilk dəfə 3 il öncə internetdə izləyib və xəyalında olan evin maketini düzəltməyə qərar verib.

Şuşanı heç vaxt görməyən gənc məscidin şəkillərini tapıb. 15 min ədəd kibrit çöpündən istifadə etməklə, 2 aya məscidin maketini hazırlayıb. Ən böyük arzusu isə respublikadan kənarda, daha geniş auditoriya qarşısında hazırladığı maketlərin sərgisini təşkil etməkdir.

Xəbər lenti
0