Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ərdoğan indi də öz ölkəsindən şikayətçidir

© REUTERS / Murat Cetinmuhurdar/Presidential Palace/HandoutTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan: “Ölkəmin faiz siyasətindən şikayətçiyəm”

BAKI, 7 fev — Sputnik. "Ölkəmin faiz siyasətindən şikayətçiyəm. Bu faiz siyasətiylə ölkəm inkişaf edə bilməz. Bu faiz siyasəti əslində bir istismar vasitəsidir. Bunu da xüsusilə söyləmək istəyirəm. Çünki sahibkar alacağı aşağı faizli kreditlə irəli gedəcək".

Sputnik Azərbaycan bloomberght-ə istinadla xəbər verir ki, bunu Türkiyə Palatalar və Birjalar Birliyinin təşkilatçılığı ilə keçirilən Türkiyə İqtisadiyyat Şurasında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan deyib.

“Lakin Mərkəzi Bankın elan etdiyi faiz nisbətini iki dəfə artıraraq 15, 16 və 17 faiz ilə kredit verməyə başlasanız, bu ölkədə biz bir yerə çata bilmərik. Onun üçün maliyyə sektorunun patronlarını xüsusilə insafa dəvət edirəm” — prezident bildirib.

Ərdoğan deyib: “İnflyasiya üçün bəziləri fərqli səbəblər ortaya çıxarırlar. Bunların hamısı hekayədir. Hamısının dayandığı yer faizdir, faiz. İnflyasiya nəticədir, faiz səbəbdir. İnflyasiyanı doğuran bir nömrəli səbəb faizdir. Faizlə inflyasiya düz mütənasibdir, tərs mütənasib deyil”.

Ərdoğan çıxışında kredit qiymətləndirmə quruluşlarını da tənqid edib.

Xəbər lenti
0