BAKI, 7 fev — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta hərracı barədə məlumat yayıb. AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, 7 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb.
Qeyd edək ki, fevralın 7-nə USD/AZN rəsmi məzənnəsi 1,8769 səviyyəsində müəyyən olunub.