QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cocuq Mərcanlıda 30 min kvadratmetr ərazi minalardan təmizlənib

© Sputnik / Murad Orujovİşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşıdakı bir il ərzində kənddə əhalinin sayı sürətlə artacaq. Burada dövlət infrastruktur layihələri həyata keçirəcək.

BAKI, 7 fev — Sputnik. Bu gün Azərbaycanda akkreditə olunmuş bəzi xarici Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub. Sputnik Azərbaycan-ın əməkdaşlarının da qatıldığı səfər, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələrək, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.

Jurnalist - Sputnik Azərbaycan
QARABAĞ
Əcnəbi media nümayəndələri Cocuq Mərcanlıya yola düşüblər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında deyib ki, Cocuq Mərcanlının ümumi ərazisi 247 hektardır və bu ərazinin tamamilə minalardan təmizlənməsi nəzərdə tutulub: "30 min kvadratmetr ərazi artıq minalardan təmizlənib. Qarşıdakı bir il ərzində kənddə əhalinin sayı sürətlə artacaq. Burada dövlət infrastruktur layihələri həyata keçirəcək".

© Sputnik / Murad Orujovİşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi - Sputnik Azərbaycan
1/4
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi

2/4

3/4

4/4

Hələlik kənddə bir ailə yaşayır. Həmin evin yiyəsi Oqtay Həziyev 23 ildir burada yaşadığını deyib: "Daim ermənilər evimi atəş altında saxlayırdılar. Bizimkilər Lələtəpəni alandan sonra atəş səsləri səngiməyə başlayıb. Ailəmin 7 üzvü var. Hamısı bir evdə qorxmadan yaşayır".

Səfərdə Rusiya, Türkiyə və İranın bir sıra KİV orqanlarının əməkdaşları iştirak edirlər. Səfər çərçivəsində onlar Cocuq Mərcanlıda aparılan minalardan təmizlənmə fəaliyyəti ilə tanış olacaqlar, planlaşdırılan və görülən işlər barədə məlumat alacaqlar.

Xəbər lenti
0