BAKI, 7 fev — Sputnik. Bu gün Azərbaycanda akkreditə olunmuş bəzi xarici Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub. Sputnik Azərbaycan-ın əməkdaşlarının da qatıldığı səfər, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələrək, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.
Səfərdə Rusiya, Türkiyə və İranın bir sıra KİV orqanlarının əməkdaşları iştirak edirlər. Səfər çərçivəsində onlar Cocuq Mərcanlıda aparılan minalardan təmizlənmə fəaliyyəti ilə tanış olacaqlar, planlaşdırılan və görülən işlər barədə məlumat alacaqlar.