Jurnalistlərin nəzərinə! Azərbaycan Milli Elmlər Akademiyası yanında Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli fevralın 9-u saat 11:00-da "Azərbaycanda seysmoloji vəziyyət" mövzusunda mətbuat konfransı keçirəcək.
Son zamanlar Abşeron yarımadası regionunda seysmik aktivlik diqqəti xüsusilə cəlb edir. Bu yaxınlarda Səngəçal qəsəbəsinin yaxınlığında, Xəzər dənizinin Azərbaycan hissəsində, neft yataqlarına yaxın ərazidə palçıq vulkanı oyanıb. Burada həmçinin güclü təkanlar da baş verir. Misal üçün noyabrın 4-də Xəzər dənizində baş verən zəlzələ nəticəsində "Günəşli" neft platformasından işçilər müvəqqəti olaraq evakuasiya edilmişdi.
Bununla yanaşı, müşahidə olunan seysmik fəallıq nə dərəcədə təhlükəlidir və situasiya necə inkişaf edəcək? Bu və digər suallara ölkənin baş seysmoloqu cavab verəcək.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.