BAKI, 6 fev — Sputnik. Rusiya, Türkiyə və İranın XİN başçılarının müşavirləri Suriyada atəşkəs məsələsini müzakirə etmək üçün yenidən Qazaxıstanın paytaxtı Astanada bir araya gələcəklər. Sputnik Azərbaycan Reuters-ə istinadən xəbər verir ki, yığıncaqda BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Misturanın da iştirakı gözlənilir.
Rejim və müxalifət təmsilçiləri isə toplantıda iştirak etməyəcəklər. Astanada üçtərəfli formatda Suriyadakı atəşkəsin qorunması mexanizmləri müzakirə ediləcək.