BAKI, 6 fev — Sputnik. İŞİD terror təşkilatının nəzarəti altında olan Suriyanın Əl-Bab şəhəri artıq tamamilə türk ordusunun mühasirəsindədir. Sputnik Azərbaycan Milliyet-ə istindən xəbər verir ki, Türkiyənin Baş Qərargahı məlumatı təsdiqləməsə də, ABŞ-ın Reuters agentliyi türk əsgərlərinin Əl-Bab şəhərini mühasirəyə alması ilə bağlı görüntüləri yayıb.
Xəbərdə qeyd olunub ki, türk əsgərləri şəhəri şərq, qərb və şimaldan, Suriyadakı Bəşər Əsəd rejiminə aid ordu isə cənub hissədən mühasirəyə alıb.