Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Yeddi oğul"dan biri

Rafiq Əzimov
Rafiq Əzimov - Sputnik Azərbaycan
Abunə olmaq
"Yeddi oğul istərəm" filmində Şahsuvar obrazını yaratmış Rafiq Əzimovun 79 yaşı tamam olur

BAKI, 6 fev — Sputnik. Azərbaycan aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub.

Rafiq Əzimov 10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.

Azərbaycan Dövlət Televiziyasında hazırlanan Süleyman Saninin "Dibdat bəy" (Dibdat bəy), İslam Səfərlinin "Göz həkimi" (İvanov), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (İsmayıl), Sabit Rəhmanın "Nişanlı qız" (Qasım) teletamaşalarında oynayıb.

Rafiq Əzimov çoxlu sayda filmlərə də çəkilib. Aktyor "Yeddi oğul istərəm", "Arxadan vurulan zərbə" filmlərində yaddaqalan obrazlar yaradıb.

Sənətdə qazandığı nailiyyətlərə görə Rafiq Əzimova 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2000-cı ildə Xalq artisti fəxri adı verilib.

Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb. 2010-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Xəbər lenti
0