NATO bu ölkəyə qoşun yeridir

© AP Photo / Mindaugas KulbisNATO ordusu
NATO ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Bu dəfə məqsəd İraq ordusu ilə vuruşmaq deyil, ona İŞİD-lə effektiv mübarizə aparmaq üçün hərbi təlim keçməkdir

BAKI, 6 fev — Sputnik. NATO İraqa yenidən qoşun göndərmək qərarına gəlib. Sputnik Azərbaycan Alyansın rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə məqsəd İraq ordusu ilə vuruşmaq yox, həmin orduya İŞİD-lə effektiv mübarizə aparmaq üçün hərbi təlim keçməkdir.

Qurumdan verilən açıqlamaya görə, bununla bağlı İraqda hərbi baza yaradılacaq. Təlimçilər iraqlı əsgərlərə kustar üsulla hazırlanmış partlayıcı maddələrin məhv edilməsi qaydalarını öyrədəcəklər. Çünki bu cür vasitələr terror təşkilatlarının ən çox istifadə etdiyi vasitələrdir.

Qeyd edək ki, İraqa göndəriləcək qoşunun tərkibində NATO-ya daxil olan bütün ölkələrdən hərbçilər olacaq.

Xəbər lenti
0