BAKI, 6 fev – Sputnik. İngiltərə kral ailəsinin üzvləri, paytaxt Londonda təşkil edilən yardım kampaniyasına dəstək aksiyasında estafet növlü qaçışda iştirak ediblər. Kraliçanın nəvələri şahzadə Harri, Uilyam və onun həyat yoldaşı şahzadə Keyt Midlton bir-birləri ilə yarışıblar.
Sputnik Azərbaycan “Telegraph”-a istinadən xəbər verir ki, kral ailəsindən başqa qaçış marafonunda 150-yə yaxın adam iştirak edib.
Yarışda kraliça Yelizavetanın ən kiçik nəvəsi Harri Uels qalib gəlib.
Yardım aksiyasına qaçış üzrə dünya rekordçusu Paula Radklif də qatılıb.