CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstan azərbaycanlılarının geriyə axını başlayacaq

© SputnikGürcüstan sərhədi
Gürcüstan sərhədi - Sputnik Azərbaycan
Abunə olmaq
Azər Süleymanov: "Əgər kimsə nə vaxtsa Gürcüstan vətəndaşlığından imtina edibsə, onun yenidən vətəndaşlıq alması çox çəkən olacaq"

BAKI, 6 fev — Sputnik. Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün Şengen zonasına viza rejiminin ləğvi barədə qərar qəbul edib. Bundan sonra Gürcüstan vətəndaşı olan şəxslər heç bir maneə olmadan Şengen zonasına səfər edə biləcəklər. Bəs Gürcüstanda yaşayan soydaşlarımız bu qərardan necə yararlana biləcəklər?

© Photo : Facebook / Azer SuleymanovДепутат от партии Единое национальное движение Азер Сулейманов
Депутат от партии Единое национальное движение Азер Сулейманов - Sputnik Azərbaycan
Депутат от партии Единое национальное движение Азер Сулейманов

Gürcüstan parlamentinin Marneulidən seçilən millət vəkili Azər Süleymanov Sputnik Azərbaycan-a verdiyi açıqlamasında qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlar bu ölkənin tam hüquqlu vətəndaşlarıdır və bu dövlətin bir parçasıdır: "Biz Gürcüstan vətəndaşlarıyıq! Gürcüstanın uğuruna sevinən, kədərinə kədərlənən, Gürcüstanda bütün qayda-qanunlara tabe olan, Gürcüstan üçün heç bir problem yaratmayan vətəndaşlarıq".

A. Süleymanov bildirib ki, Gürcüstan vətəndaşlığı və pasportu olan hansısa şəxs Avropaya girişdə heç bir problem yaşamayacaq: "Minlərlə gənc ingilis dilində təhsil almağa başlayıb və onlar Avropanın bütün standartlarına cavab verən mütəxəssislərdir. Miqrasiya məsələsinə gəldikdə, Avropa qucağını açıb hər kəsi gözləmir. Amma Avropanın da şərtləri var. Onlar istənilən zaman viza rejimini bərpa edə bilərlər. Əgər Gürcüstan vətəndaşları bəzi şərtləri yerinə yetirmədən gedib bir ilin içində orada qalsalar, əlbəttə Avropa viza məsələsini qaytara bilər".

"Bilirsiniz ki, Avropanın da problemləri az deyil. Dünyada qaçqın böhranı yaşanır və onların böyük hissəsi Avropaya sığınıb. Avropanın hər yerində qaçqınlar var. Avropada Suriyadan və başqa ərəb dövlətlərindən qaçan qaçqınlar var. Gürcüstanlılar oraya gedərək qeyri-leqal çalışa bilməyəcəklər və bu, bizi qorxutmur. Kiminsə istəyi olsa, vizalı da, vizasız da, başqa yollara da əl ataraq ora gedə bilər. Bu Azərbaycana da, Gürcüstana da, başqa dövlətlərə də aiddir" — millət vəkilib bildirib.

Süleymanovun sözlərinə görə, Gürcüstanda ikili vətəndaşlıq olmadığı üçün, hal-hazırda Azərbaycanda yaşayan və vaxtilə Gürcüstan vətəndaşı olan insanlar müəyyən problemlər yaşayacaqlar: "Əgər onlar nə vaxtsa Gürcüstan vətəndaşı olmaqdan imtina ediblərsə, yenidən vətəndaşlıq almaları bir az uzun çəkən prorses olacaq. Amma hazırda Azərbaycanda yaşayan Gürcüstan vətəndaşları üçün Avropaya gedib-gəlməklə bağlı heç bir problem olmayacaq".

Müsahibimiz əlavə edib ki, bundan sonra Gürcüstan vətəndaşlığı almaq prosesi də çətinləşəcək: "Çünki Avropaya vizasız rejimlə bağlı, bir çoxları Gürcüstan vətəndaşlığına geri qayıtmaq istətəcəklər. Bu gün Cavahetiyada bir çox ermənilər var ki, ciblərində Rusiya pasportu daşıyırlar. Ədliyyə Nazirliyində onların Gürcüstan pasportu ləğv edilib. Ermənilər seçim arasında qalıblar. Onlar ya Gürcüstan vətəndaşı olmalıdırlar, ya da Rusiya. İki pasport gəzdirən ermənilərin Gürcüstan pasportu ləğv edilib. Qısası, Gürcüstanda ikili vətəndaşlıq qəbul edilmir. Bu, ancaq Prezidentin xüsusi göstərişi ilə ola bilər".

Tbilisi - Sputnik Azərbaycan
Gürcüstan azərbaycanlılarından Prezidentə müraciət: "Qətiyyətli addım atmasanız..."

A. Süleymanovun sözlərinə görə, bu da ciddi problem yaradır: "Çünki vizanın şərtləri pozularsa, başqa problemlər baş qaldıra bilər. Moldova bizdən bir il öncə vizasız rejimə keçmişdi. Və Moldovada 3000 nəfər qaydanı pozmuşdu. Düzdür, bunu ciddiyə almadılar. Amma viza üçün də müəyyən hədd var ki, aşılarsa, vizasız rejim dondurula bilər".

Sputnik Azərbaycan-a danışan Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayevin fikrincə isə, Gürcüstan vətəndaşları bu qərarı çoxdan gözləyirmişlər: "Gürcüstan 1990-cı ildə müstəqillik əldə etdikdən sonra əsas məqsəd Avropaya inteqrasiya və NATO-ya üzv olmaq idi. 27 il keçməsinə baxmayaraq Gürcüstan buna nail ola bilmirdi. Bunun da məlum səbəbləri vardı. Gürcüstan Avropa standartlarına uyğun olmalıydı. Qeyd edilən standartlara uyğunlaşmaq üçün Gürcüstanın daxilində də problemlər yaşanırdı. Bu problemlərdən ən böyüyü milli azlıqların olması idi. Biz azərbaycanlılar da həmin milli azlıqlardanıq. Öz növbəmizdə, bizim də bəzi problemlərimiz var idi. O problemlər bu gün də var".

© Photo : Oktay AbdullayevПредседатель Национального конгресса азербайджанцев Грузии (КАГ) Али Бабаев
Председатель  Национального конгресса азербайджанцев Грузии (КАГ)  Али Бабаев - Sputnik Azərbaycan
Председатель Национального конгресса азербайджанцев Грузии (КАГ) Али Бабаев

Müsahibimiz hesab edir ki, Şengen vizasının qaldırılması o demək deyil ki, Gürcüstan Avropaya inteqrasiya olunub: "Bu o deməkdir ki, Gürcüstan Avropaya bir qədər də yaxın oldu. Yeni rejimin öz şərtləri var. İndi Gürcüstan vətəndaşları 90 gün müddətində Avropa ölkələrinə gedə bilərlər. Kimlər gedə bilər, hansı yolla gedə bilər — həmin şərtlərdə qeyd olunub. Amma 90 gün bitdikdən sonra mütləq viza götürülməlidir. Əsas odur ki, biz buna layiq olduq. Bundan sonra bizim vətəndaşlar, bizim tələbələr də gedib Avropanı gəzə bilər, orada ali təhsil müəssisələrində təhsil ala bilərlər".

"Əlbəttə, yenə də Gürcüstan azərbaycanlılarının problemləri qalır. Mən hər zaman bu barədə danışmışam. Bizim ən böyük problemimiz odur ki, biz Gürcüstanda yaşayırıq, amma vətənimizin dilini bilmirik, vətənimizə inteqrasiya ola bilməmişik" — Babayev bildirib.

O, hesab edir ki, Avropaya daha çox dil bilənlər — ingilis, alman, italyan, fransız dilini bilənlər gedəcəklər: "Bu insanlar orada oxumağa gedəcək, özlərinə iş də tapacaqlar. Turist kimi gedib-gələnlər də çox olacaq. Avropaya savadlı insanlar gedəcək. Savadsız insanlar gedib orada nə edəcək? Fəhlə işləsən də, gərək professional olasan ki, orada işə götürsünlər. Çoxu elə düşünür ki, Avropa açıldı, indi gedib orada yaşayacağıq. Düşünürəm ki, bu məqsədlə ora gedənlər deportasiya ediləcəklər. Əlbəttə, biz çalışacağıq ki, gedib Avropanı, İtaliyanı, Almaniyanı görək. Ancaq bizim vətənimiz Gürcüstandır".

Ə. Babayev qeyd edir ki, bir çox iş adamları var ki, hazırda Azərbaycanda yaşayırlar: "Təbii ki, onların bir hissəsi geri qayıtmağa çalışacaqlar. Amma nəzərə alaq ki, Avropanın bizim prezidentimizlə bağlı problemləri var. Hökümətlərarası problemlər var, onun NATO-ya münasibəti fərqlidir. Biz çox dəyişikliklər gözləyirik. Rusların sözü ilə desək, "yaşayarıq, görərik".

Qeyd edək ki, Şengen vizası 1 ilin 180 günü ərzində 90 gün müddətinə verilir.

Xəbər lenti
0