BAKI, 6 fev — Sputnik. Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yoxlama zamanı, həmin vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə, ümumi xalis çəkisi 93,411 qram olan narkotik vasitə — heroin aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Düz bağırsağında heroin daşıyan adam tutuldu
11:33 06.02.2017 (Yenilənib: 20:50 16.11.2021)
© Africa StudioHeroin
© Africa Studio
Abunə olmaq
Gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb