Politoloq Əsəd hakimiyyətdən getdikdən sonra yaranacaq vəziyyəti Türkmənistanla müqayisə edib.
Suriyanı Bəşər Əsəd təkbaşına idarə etmir və ona bir şey olsa, klanın içərisindəki digər fiqur idarəetməni ələ alacaq. Bu fikirləri Sputnik Azərbaycan-a politoloq Zərdüşt Əlizadə deyib.
“Hər halda Suriyanı Bəşər Əsəd təkbaşına idarə etmir. Orada ölkəni idarə edən bir sistem mövcuddur. İstənilən dövlətdə 1-ci, 2-ci, 3-cü şəxslər olur. Türkmənistanın sabiq prezidenti Səfərmurad Niyazov dünyasını dəyişəndən sonra onun yerinə Qurbanqulu Berdimuhammedov gəldi. Yəni demək istədiyim odur ki, rejimin digər siması dövləti idarə edəcək” — Zərdüşt Əlizadə bildirib.