İlham Şaban: “Trampın İranı hədələməsi, ona qarşı yeni sanksiyalar tətbiq etməsi total xarakter daşımır”
Bu ilin martın 20-dək İran neft hasilatının həcmini sutkada 4 mln. barelədək artıracaq.
OPEC-lə razılaşmaya əsasən, İranın sutkalıq hasilat həcmi 3,79 mln. bareli keçməməlidir. İranla OPEC arasındakı gərginlik nə vəd edir? Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, İranla OPEC arasındakı gərginlik iqtisadi müstəvidə özünü göstərməyəcək. “İran neft hasilatını get-gedə artırır. İranın sanksiyalar dövründəki vəziyyətə qayıtması ağlasığmazdır”.
“Trampın İranı hədələməsi, ona qarşı yeni sanksiyalar tətbiq etməsi total xarakter daşımır. Ona görə də, bunlar İran iqtisadiyyatı üçün hər hansı bir təhlükə doğurmur” — deyə o bildirib.