Bir aylıq körpələrini itirən gənc valideynlərin dəhşətli hekayəsi

© Photo : Mercury Press and Media LtdAttila və Şarlotta
Attila və Şarlotta - Sputnik Azərbaycan
Abunə olmaq
16 gün ölmüş körpənin meyiti ilə gəzdilər və onunla şəkil çəkdirdilər

BAKI, 6 fev — Sputnik. Bu gün dünya 1 aylıq körpələrini itirən gənc valideynlərin dramından şoka düşüb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Britaniyadan olan cütlük 16 gün qızlarının cəsədi ilə dolaşıb. Yeni anadan olmuş qız xromosom pozğunluqları səbəbilə doğulduqdan bir müddət sonra vəfat edib.

Lids şəhərində yaşayan Attila və Şarlotta cütlüyü ilk övladlarının dünyaya gəlməsini böyük həsrətlə gözləyiblər. Şarlottanın hamiləliyi normal keçsə də, doğuşa bir qədər qalmış həkimlər körpənin xromosom pozğunluqları ilə anadan olacağını bildiriblər.

Körpənin nəfəs sistemi və ürəklə bağlı ciddi problemləri olub. O sərbəst surətdə nəfəs ala bilməsə də, həkimlər problemi həll etmək üçün onun üzərində əməliyyat keçirə bilməyiblər. Nəticədə körpə cəmi 4 həftə yaşayıb və Şarlotta ilə Attila özlərini həqiqi valideyn hiss etməyə macal tapmamış, körpə keçinib.

Ölmüş körpənin cəsədini xüsusi soyuducu kameraya yerləşdiriblər. Valideynlərinə gündə 5-10 dəqiqə onu gəzintiyə çıxarmağa icazə veriblər. Valideynləri dəfninə qədər 16 gün ərzində körpəni hər gün gəzintiyə çıxarıblar və onunla birlikdə şəkillər çəkdiriblər.

Sonra dərdli valideynlər bu şəkilləri sosial şəbəkələrdə paylaşaraq başqa valideynləri onların kədərini anlayışla qarşılamağa çağırıblar.

Xəbər lenti
0