CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah hava küləkli olacaq

CC0 / michaltrnka360 / ВетерВетер в поле. Архивное фото
Ветер в поле. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturunun gecə 0-3° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir

BAKI, 5 fev — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 0-3° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 6-da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Xəbər lenti
0