BAKI, 5 fev — Sputnik. Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra axtarışda olan hərbçilərin sayı açıqlanıb.
Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müdafiə naziri Fikri İşık 7-si general olmaqla, 149 hərbçinin axtarışda olduğunu bildirib.
Axtarışda olanlar sırasında hərbi kursant da var.