BAKI, 4 fev – Sputnik. Türkiyə Antarktida qitəsində baza quracaq. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, bu barədə göstərişi şəxsən prezident Ərdoğan özü verib.
Türkiyənin Antarktida qitəsində baza qurma proyektini Ərdoğanın təlimatı ilə Elm, Sənaye və Texnologiya Nazirliyi öz üzərinə götürüb. Məlumata görə, artıq nazirlik yol xəritəsi və hərəkat planını hazırlayıb.
Türk heyət qitədə yaz dövrünün yaşandığı 5 Noyabr 2017 və 15 Fevral 2018 tarixləri arasında Antarktidada qalacaq.