BAKI, 4 fev – Sputnik. Rumıniyada xalq küçələrə axışaraq hökumətə etiraz mitinqlərinə başlayıb. Sputnik Azərbaycan “The Guardian”a istinadən xəbər verir ki, nümayişçilər Cinayət Məcəlləsinə edilən dəyişikliklər və Amnistiya aktı haqqında qərarla razı olmadıqlarını bildiriblər.
Paytaxt Buxarestin əsas meydanlarına 300 mindən çox insanın toplandığı qeyd olunur. Etirazçılar "Hökumət istefa", "Oğrular" və s. kimi şüarlar səsləndiriblər.