CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

50 mindən çox insan Qəbələ regional “ASAN xidmət”in xidmətindən yararlanıb

Abunə olmaq
Qəbələ regional “ASAN xidmət” mərkəzi vətəndaşlara uğurla xidmət göstərir və artıq 51661 nəfərdən artıq insan bu xidmətdən yararlanıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 4 fev — Sputnik. 2016-cı il avqustun 20-də fəaliyyətə başlayan Qəbələ regional “ASAN xidmət” mərkəzinə artıq 55536 nəfərdən artıq insan müraciət edib və 51661 nəfər bu xidmətdən yararlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, mərkəzdə gün ərzində orta hesabla 300-dən artıq insana xidmət göstərilir. Mərkəzdə müxtəlif dövlət orqanları tərəfindən göstərilən çoxsaylı xidmətlər əlaqələndirilmiş formada həyata keçirilib. Burada Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sosial Müdafiə Fondunun, Milli Arxiv İdarəsinin, Vergilər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təmsilçiləri vətəndaşlara öz xidmətlərini yüksək peşəkarlıqla təqdim edirlər. Mərkəzin göstərdiyi funksional yardımçı xidmətlərin siyahısı daha böyükdür. Bura bank, sığorta, hüquqi yardım, tərcümə, foto, tibb xidmətləri və başqaları daxildir. Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında qurulan fəaliyyətin başlıca hədəfi vətəndaşların rahatlığını təmin etmək, dövlət məmuru-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə nail olmaqdır. Hər gün Qəbələ regional “ASAN xidmət” mərkəzinə üz tutan çoxsaylı bölgə sakinləri burada yaradılan nümunəvi şəraitdən minnətdarlıqlarını bildirirlər.

Asan xidmət mərkəzi fəaliyyətə başladığı dövürdən 4 rayonda səyyar xidmət göstərib. Mərkəz tərəfindən bir neçə aksiyalar təşkil olunub. Söhbət "Yaşıl Asan" və indi davam edən “İmkanın varsa gətir, yoxsa götür” devizi altında keçirilən sosial aksiyasından gedır. Bu aksiyanın əsəs məqsədi imkansız ailələrə və az təminatlı ailələrə yardım etmək və könüllülər arasında iş birliyinin yaradılmasıdır. Artıq rahatlıqla demək olar ki bu layihəyə qoşulanların sayı artmaqdadır. Və insanlar bu tipli layihələrin cox olmasının tərəfdarıdır. Qəbələ regional “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil edir.  

Xəbər lenti
0