BAKI, 4 fev – Sputnik. İran rəhbərliyi Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın əhalisinin əksəriyyəti müsəlman olan yeddi ölkənin vətəndaşlarına qoyduğu viza qadağasına qarşılıq olaraq Kirmanşah şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokuna ABŞ idmançılarının qatılmasına icazə verməyəcəyini açıqlayıb.
Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İran Güləş Federasiyası tərəfindən Beynəlxalq Güləş Federasiyaları Birliyi (FILA) prezidenti Nenad Laloviçe xitab olaraq yazılan məktubda 16-17 fevral tarixlərində Kirmanşahda keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokuna ABŞ-ın yerinə başqa komanda daxil edilməsi istənilib.
Tramp administrasiyasının viza məhdudlaşdırmasını “diplomatiyadan uzaq, əxlaq və insanlıq xarici qərar” adlandırıldığı məktubda “Dövlətlərarası əlaqələrdə məruz qalınan davranışa eyni şəkildə qarşılıq vermə prinsipi”ni əsas götürən İran hökuməti ABŞ komandasının turnirə qatılmasına icazə verməyəcəyini bildirib.