İrandan ABŞ-a "cavab atəşi"

© AP Photo / Hussein MallaƏli Əkbər Vəlayəti
Əli Əkbər Vəlayəti - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Əkbər Vəlayəti: "Bir nəfər Amerikanın Suriya, İraq və Əfqanıstanda hansı uğursuzluğa düçar olduğunu Trampa başa salsın"

BAKI, 3 fev — Sputnik. ABŞ prezidenti Donald Trampın İranı müharibə ilə hədələməsinə rəsmi Tehrandan cavab verilib. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, prezident Həsən Ruhaninin müşaviri Əli Əkbər Vəlayəti, Donald Trampı "çox şeydən xəbəri olmayan, məlumatsız şəxs" adlandırıb.

"Bir nəfər Amerikanın Suriya, İraq və Əfqanıstanda necə uğursuzluğa düçar olduğunu Donald Trampa başa salsın. Bu cür sərsəm bəyanatları ilk dəfə eşitmirik. Bundan öncə də belə çıxışlar olub. Ona görə də, heç birini ciddi qəbul etmirik. Sadəcə olaraq açıq şəkildə bəyan edirik ki, milli müdafiə adına atacağımız addımlara görə heç kimdən icazə almayacağıq" — Vəlayəti bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranı ballestik raket sınağı həyata keçirdiyi üçün sərt tənqid edərək, bu ölkə ilə savaş ehtimalının gücləndiyini söyləmişdi.

Xəbər lenti
0