Elbrus Ərud: “Dövlət tənzimləməsə də zaman özü tənzimləyəcək”
“Kimsə domen və hostinq alaraq, internetdə nə istəyir, yazır. Bunlarla əlaqədar məhkəmə müstəvisində addım atmaq çətindir. Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Ona görə də, internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır”. Bu fikri parlamentin iclasında Mətbuat Şurasının sədri Əflatun Amaşov səsləndirib.
Ümumiyytələ, İnternet mediası hüquqi cəhətdən necə tənzimlənə bilər?
“Qafqazinfo” saytının baş redaktoru Elbrus Ərud deyir ki, Azərbaycanda internet mediası 10 ildən artıqdır qanundankənar fəaliyyət göstərir. “Bütövlükdə bizim internet medianın fəaliyyəti haqqında qanun qəbul edilməyib. Bu sahədə vəziyyət bərbaddır, durulmasına ehtiyac var. Dövlət tənzimləməsə də, zaman bunu tənzimləyəcək” — deyə o bildirib.