CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Avtobus sürücülərini 8 saat əvəzinə 14-15 saat işlədirlər"

© Photo : APABakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov
Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov - Sputnik Azərbaycan
Abunə olmaq
BNA rəsmisi: "Son vaxtlar baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, bir çox daşıyıcıların istehsalat bazası yoxdur"

BAKI, 3 fev — Sputnik. "Araşdırmalar göstərir ki, paytaxtda nəqliyyat sahəsində hələ də işlər öz qaydasında getmir. Son vaxtlar baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, bir çox daşıyıcıların istehsalat bazası yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, daşıyıcılarla keçirilən görüşdə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov belə deyib. Onun sözlərinə görə, bu cür bazası olmayan daşıyıcıların avtobuslarının nə texniki müayinəsi, nə də sürücülərin tibbi müayinəsi həyata keçirilir.

"Bundan başqa, sürücüləri 8 saat əvəzinə 14-15 saat işlədən daşıyıcılar var. Bu problemi aradan qaldırmaq üçün sürücü bazası yaradılmalıdır" — Abbasov bildirib.

Xəbər lenti
0