BAKI, 3 fev — Sputnik. ABŞ prezidenti Donald Tramp, İran əleyhinə daha bir sərt açıqlama verib. Sputnik Azərbaycan RT-yə istinadən bildirir ki, rəsmi Twitter hesabından "İran odla oynayır" cümləsini paylaşan Tramp daha sonra yazıb: "İran hökuməti Barak Obamanın nəzakətini düzgün dəyərləndirə bilmədi. Mən Obama qədər nəzakətli olmayacam".
Xatırladaq ki, 3 gün öncə İran ballistik raket sınağı həyata keçirmiş, bunun üzərinə açıqlama verən ABŞ rəhbəri Donald Tramp, İranın rəsmi nəzarətə alındığını söyləmişdi.