Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nastya Zadorojnayadan bakılılara "Sərt dərs"

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidРоссийская певица Настя Задорожная
Российская певица Настя Задорожная - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur müğənni, aktrisa və teleaparıcı Nastya Zadorojnaya Sputnik-ə müsahibə verib

BAKI, 2 fev — Sputnik. Müqəddəs Valentin Günü münasibətilə Rusiyanın məşhur aktyorları Azərbaycan Dövlət Rus Dram Teatrında Valentin Krasnoqorovun “Sərt dərs” pyesi əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcəklər. Burada baş rollardan birini məşhur müğənni, aktrisa və teleaparıcı Nastya Zadorojnaya oynayacaq. Sputnik Azərbaycan-ın müxbiri Zadorojnayadan müsahibə alıb.

— Nastya, siz artıq bizim şəhərdə olmusuz? 

— Bəli, ötən il olmuşam. Mən yayda bura bir neçə günlüyə gəlmişdim, amma iş dalınca. Bura mənim o qədər xoşuma gəldi ki, ad günümdə yenidən Bakıya uçmaq qərarına gəldim. Mənimlə birlikdə dostlarım da gəldilər. Bura onlara da ləzzət elədi və bura gəlmələrinə məmnun oldular. Buradakı hər şey mənim xoşuma gəlir: kəskin külək, dəniz havası, qədim şəhər və pomidorlar. Hazırda biz böyük səbrsizliklə Bakı səfərimizi gözləyirik. Orada gəzmək, sizin tamaşaçılara tamaşamızı göstərmək, onların ürəyində silinməz iz buraxmaq istəyirik.

— Siz ilk dəfə olaraq Rus Dram Teatrında “Sərt dərs” tamaşası ilə çıxış edəcəksiniz. O, nə ilə maraqlıdır?

— Tamaşaya baxarkən tamaşaçı təsəvvürə gəlməz hisslər yaşayacaq. Tamaşada çox aktual mövzuya toxunulur. Mən özüm onun ssenarisini oxuyarkən başa düşdüm ki, onu oynamaq mənim üçün böyük şərəfdir. Mən orada istedadlı, xarizmatik, psixoloq peşəsinə vurulan gənc qızı oynayıram. Mənimlə o obraz arasında oxşar cizgilər çoxdur, ona görə də mən onun düşdüyü situasiyaya eynilə düşürəm. Mən həmkarlarımla birlikdə xoşbəxtəm ki, artıq beş ildir bu tamaşanı oynayırıq və hər dəfə də tamaşaçılarla görüşümüzə sevinirik. 

— Hansı obrazlar sizə yaxındır? 

— Mən təkcə teatrda deyil, kinoda da oynayıram, amma mənim üçün onların hər ikisi birdir. Hələ teatrda kinodakı qədər tez-tez oynamıram. Demək olar ki, mən teatr səhnəsini indi-indi öyrənməyə başlayıram. Mənə komik rollar yaxındır. Bilirsiz, mənim insanlara zövq verməkdən xoşum gəlir. 

— Sizi müğənni və aktrisa kimi tanıyırlar. Bəs siz özünüzü ən çox onlardan hansı kimi hissi edirsiniz?

— Xoşbəxtlikdən mənim peşələrimin biri digəri ilə təzad təşkil etmir. Bilirsiniz, istənilən artist səhnədə bir az aktyordur, onsuz da o, bütün kliplərdə rol oynayır. Mən özümü daha kim olaraq hiss etdiyimi deməkdə çətinlik çəkirəm. Çünki onların hər ikisi mənim üçün eynidir və mənə maraqlıdır. Ən əsası, onların hər ikisi çoxtərəflidir və mənə özümü reallaşdırmağa imkan verir. 

— Sizin fikrinizcə, uğur əldə etmək üçün nə lazımdır: istedad, əməksevərlik, yoxsa sadəcə bəxt?

— İstedad və xarizma. Əgər sən həqiqətən də hiss edirsənsə ki, bu dünyaya aidsən və bura düşmək istəyirsən, daim inkişaf etməlisən və öz üzərində işləməlisən. Belə hallar az deyil ki, insanlar istedadlı doğulmurlar, amma onu qazanırlar. Çünki aktyor olmağı çox istəyirlər. Amma ən əsası odur ki, sənin xarizman olsun. 

— Nastya, sizin arzunuz varmı? Sizin indi hədəfiniz nədir? 

— Hər zaman inkişafa, hər gün yeni bir şey öyrənməyə hədəflənmişəm. İstəyirəm ki, mənim hər bir rolum və mahnım irəliyə doğru bir addım olsun. Arzuya gəlincə, demək istəyirəm ki, onları ictimaiyyətlə müzakirə etmək olmaz. Hamı deyir ki, xoşbəxt olmaq istəyirəm, arzu edirəm ki, bütün yaxınlarım salamat olsunlar. Amma bu “xoşbəxt olmaq istəyirəm” nə ilə nəticələnəcək, buna praktiki olaraq cavab vermək mümkün deyil.

— Hazırda nəyin üzərində işləyirsiniz? 

— Hazırda konsert proqramı hazırlayıram, həmçinin klip çəkirəm. Gələcəkdə Bakıda konsert verməyi çox istəyirəm. Bütün bunlarla yanaşı mənim teatrda və kinoda çoxlu işlərim var. Planlar çoxdur, onları vaxtında reallaşdırmaq lazımdır.

Xəbər lenti
0