CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ümumvətəndaş pasportlarının verilməsi asanlaşdırılır

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası vətəndaşının pasportu
Azərbaycan Respublikası vətəndaşının pasportu - Sputnik Azərbaycan
Abunə olmaq
Qeydiyyatda olduqları yerdən asılı olmayaraq vətəndaşlar Nizami Rayon Polis İdarəsinə müraciət edərək 10 iş günü müddətinə ümumvətəndaş pasportu ala biləcəklər

BAKI, 2 fev — Sputnik. Artıq ümumvətəndaş pasportlarını Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi ilə yanaşı, Nizami Rayon Polis İdarəsindən də almaq mümkün olacaq.

Bu barədə Sputnik Azərbaycan DİN mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, "əhaliyə ümumvətəndaş pasportlarının verilməsi işinin səmərəliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir". 

Beləliklə, qeydiyyatda olduqları yerdən asılı olmayaraq vətəndaşlar Nizami Rayon Polis İdarəsinə (8-ci km. qəsəbəsi, Ş.Mirzəyev küçəsi 71) müraciət edərək 10 iş günü müddətinə ümumvətəndaş pasportu ala biləcəklər. 

Sənədlər həftənin bütün günləri səhər saat 9.00-dan axşam saat 18.00-a qədər qəbul edilir. 

Xəbər lenti
0