Gənclər günündə Sputnik Azərbaycan gənc nəslin hansı arzularla yaşadığı və nələrlə maraqlandığını dəqiqləşdirməyə çalışıb.
Tibb Universitetinin tələbələrinin fikrincə, Azərbaycan gənclərinin özlərini layiqincə reallaşdırmaq üçün hər cür imkanları var.
Tələbələrin sözlərinə görə, məhz enerjili parlaq gənclər ölkənin gələcəyini müəyyən edirlər.
Düzdür, iş yerləri, xaricdə təhsili davam etdirmək üçün maddi imkanlar, həmçinin kitabxanalarla bağlı problemlər mövcuddur, lakin gənclər işıqılı gələcəyə inanırlar.