Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyanın səbrsizliklə gözlədiyi qərar açıqlandı

© AP Photo / Mark LennihanBirja
Birja - Sputnik Azərbaycan
Abunə olmaq
FED-in faiz qərarından sonra qlobal birjalarda kəskin qiymət dəyişiklikləri baş verməyib

BAKI, 2 fev — Sputnik. Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlanıb. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Bankı FED-in Açıq Bazar Komitəsinin (FOMC) iclası başa çatıb. Gözlənildiyi kimi, FED faizi dəyişdirməyərək 0,50%-0,75% intervalında saxlayıb. Faiz qərarı yekdilliklə qəbul edilib. 

ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina - Sputnik Azərbaycan
FED 4 dəfə faiz artımına gedəcək

İqtisadçılar FED-in faiz artıracağını gözləmirdi. Bazarlar FED-in yayacağı bəyanata fokuslanıb. Bəyanatda növbəti faiz artırımına dair necə mesajlar veriləcəyi mühümdür.

Amerika Mərkəzi Bankı yaydığı bəyanatında, əmək bazarının mötədil (nə az, nə çox) inkişafın olduğu bir şəraitdə güclənməyə davam etdiyini qeyd edərək, məşğulluqdakı artımın "möhkəm" olduğunu və işsizliyin aşağı səviyyədə qaldığını bildirib.

Fed istehlakçı etimadı və iqtisadi inamın son zamanlar yüksəldiyini qeyd edib. Amerika Mərkəzi Bankının açıqlamasında investisiyaların "yumşaq" qaldığı, yaxınmüddətli risk mənzərəsinin "ümumi olaraq balanslı" olduğu qeyd edilib.

FED-in faiz qərarından sonra qlobal birjalarda kəskin qiymət dəyişiklikləri baş verməyib. Dollar avro qarşısında təxminən 0,5% bahalaşıb və EUR/USD məzənnəsi 1.0741 olub.

FED qeyd edib ki, inflyasiya son rübdə yüksəlib, amma hələ də 2% olan hədəfdən aşağıdır. FED Martda ehtimal olunan faiz artırımına dair mesaj verməyib. FED "dəstəkləyici" (yumuşaq pul siyasəti) siyasətin davam edəcəyini bəyan edib. Səbəb hələ də inflyasiyanın 2%-ə yüksəlməməsidir. Bəyanatdan sonra, Analitiklər FED-in İyun ayına qədər gözləyəcəyini bildirirlər.

Xəbər verdiyimiz kimi ABŞ-ın yeni prezidenti güclü Dollara qarşı çıxır.

Xəbər lenti
0