BAKI, 2 fev — Sputnik. Sosial şəbəkələrdə ictimai nəqliyyatda gediş haqqının artacağı barədə tez-tez yazılır və bu, şəhər sakinlərini narahat edir.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə müraciət edib.
Mətbuat xidmətinin rəhbəri yayılan xəbəri təkzib edib.
“Bakı şəhərində sərnişin avtobuslarında gediş haqlarının artırılması ilə bağlı BNA hər hansı bir təkliflə çıxış etməyib və bu məsələ BNA-nın gündəliyində yoxdur” — Ağayev bildirib.