Media Təqib Mərkəzi banklarla bağlı aylıq məlumatları təqdim edib

CC0 / PublicDomainPictures / officeBoş qalmış bank ofisi. Arxiv şəkli
Boş qalmış bank ofisi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ilin yanvar ayında inernet-mətbuatda banklarla əlaqəli 20709 xəbər yerləşdirilib

BAKI, 2 fev — Sputnik. Azərbaycan mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin yanvar ayı üzrə analiz işini yekunlaşdırıb. 

Xatırladaq ki, Media Təqib Mərkəzinin monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. 

Media Təqib Mərkəzi banklar ilə bağlı yanvar ayı üzrə məlumatları təqdim edir.

2017-ci ilin yanvar ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla  əlaqəli 20709 xəbər yerləşdirilib ki, 13897 xəbərdə konkret bankın adı çəkilib: bunlardan 13840-ı neytral, 57-si isə mənfi xəbərdir. Mənfi xəbərlər arasında “liderlər”:  Azərbaycan Beynəlxalq Bankı (12 xəbər — bankda daha bir özbaşınalıq), Nikoil Bank (9  xəbər – bank Bakıdakı fəaliyyətini dayandırır: qərar verilə bilər), Kapital Bank (6 xəbər – bankın Bərdə filialında rəzalət: şəhid anasının başına gətirilənlər). 

Xəbər sayına görə sıralama belədir:

1

Azərbaycan Beynəlxalq Bankı

 1985 xəbər

2

Kapital Bank

 936 xəbər

3

Texnika Bank

 691 xəbər

4

Unibank Kommersiya Bankı

 667 xəbər

5

Bank of Baku

 615 xəbər

6

Bank Respublika

 451 xəbər

7

Nikoil Bank

 444 xəbər

8

Expressbank

 433 xəbər

9

AtaBank

 426 xəbər

10

PAŞA Bank

 339 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2033 neytral xəbər dərc edilib ki, 542 xəbərdə konkret bankın adı qeyd olunub. 

Xəbər sayına görə sıralama:

1

Azərbaycan Beynəlxalq Bankı

170 xəbər

2

Kapital Bank

86 xəbər

3

Texnika Bank

39 xəbər

4

Bank of Baku

28 xəbər

5

Bank Respublika

24 xəbər

6

Unibank Kommersiya Bankı

19 xəbər

7

Bank Standard

16 xəbər

8

AtaBank

14 xəbər

9

Atrabank

11 xəbər

10

Bank of Azerbaijan

11 xəbər

Yanvar ayında televiziya kanallarında banklar haqqında 143 xəbər göstərilib – 15 xəbərdə söhbət hansısa bankdan gedib. 

Xəbər sayına görə sıralama:

1

Bank of Baku

 7 xəbər

2

Azərbaycan Beynəlxalq Bankı

 3 xəbər

3

Caspian Development Bank

 2 xəbər

4

DekaBank

 1 xəbər

5

Parabank

 1 xəbər

6

Bank Standard

 1 xəbər

Xəbər lenti
0