CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı gənc Şuşa məscidində azan çəkdirdi

© Sputnik / V.Kalinin / Mediabanka keçidМечеть в городе Шуша – памятник архитектуры XVIII века, апрель 1988 года
Мечеть в городе Шуша – памятник архитектуры XVIII века, апрель 1988 года - Sputnik Azərbaycan
Abunə olmaq
Sərvər Abdullayev Qız Qalasının, Heydər Əliyev Mərkəzinin və Hökumət Evinin maketlərini hazırlayıb

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 2 fev — Sputnik. Ağdamın Zəngişalı kənd sakini, 28 yaşlı Sərvər Abdullayevin hələ uşaqlıqdan əl işlərinə marağı olub. Dediyinə görə, hər hansı əşyanın şəklinə bir dəfə diqqətlə baxmaq kifayət edir ki, onun maketini hazırlasın. 

Uşaqlıqda dəmir qutulardan avtomobil maketləri düzəldib. Kibrit çöpündən müxtəlif fiqurların hazırlanmasını isə ilk dəfə 3 il öncə internetdə izləyib və xəyalında olan evin maketini düzəltməyə qərar verib.

© Sputnik / Ramil IbrahimovHeydər Əliyev mərkəzinin maketi
Heydər Əliyev mərkəzinin maketi - Sputnik Azərbaycan
Heydər Əliyev mərkəzinin maketi

Bu, bəlkə də Sərvərin kibrit çöpündən hazırladığı ilk və son əl işi ola bilərdi. Əgər anası ondan hazırda işğal altında olan Ağdam şəhərinin simvoluna çevrilmiş çay evinin maketini hazırlamağı xahiş etməsəydi. İlk sifarişini anasından alan Sərvər hazırladığı maketə karton, dəmir və şüşə ilə yanaşı, 12 min ədəd kibrit çöpü işlədir.

"Düzünü desəm, düzəldə biləcəyimə inanmırdım. Bağ evini düzəldəndə həmişə anam xahiş edirdi ki, "tez qurtar, çay evini düzəlt". Sonra çay evini başladım düzəltməyə, gördüm alınır. Amma çay evini düzəldəndə gündəlik işləmədim, 3-4 gün fasilə verdiyim vaxtlar olurdu. Ona görə də gec oldu — 5 aya ərsəyə gəldi" — deyir Sərvər Abdullayev.

Sərvərin növbəti əl işi Şuşa şəhərindəki məscidin maketini hazırlamaq olur. Şuşanı heç vaxt görməyən gənc məscidin şəkillərini tapır. 15 min ədəd kibrit çöpündən istifadə etməklə, 2 aya məscidin maketini hazırlayır.

© Sputnik / Ramil IbrahimovSərvər Abdullayevin düzəltdiyi Şuşa şəhər məscidinin maketi
Sərvər Abdullayevin düzəltdiyi Şuşa şəhər məscidinin maketi - Sputnik Azərbaycan
Sərvər Abdullayevin düzəltdiyi Şuşa şəhər məscidinin maketi

"İndi yəqin Şuşa məscidində nə azan səsi var, nə də Qarabağ xalçası" deyən Sərvər düzəltdiyi məscidə xüsusi qurğu ilə azan səsi əlavə edir, içərisinə Qarabağ xalçası döşəməyi də unutmur. Özünə güvəni artan Sərvər, ardıcıl olaraq Qız Qalasının, Bakı şəhərindəki Heydər Əliyev Mərkəzinin və Hökumət Evinin maketlərini hazırlayır.

Onun əvvəllər yüzlərlə qutu kibrit alması mağaza satıcılarının da təəccübünə səbəb olurmuş. İndi bu, adi hala çevrilib: "Çox alırdım — 40-50 qutu. Marketə girirdim, ancaq kibrit alırdım. Bir dəfə girib çörək almaq istəyirdim, satıcı soruşdu ki, "neçə qutu kibrit verim?" Cavab verdim ki, "kibrit istəmirəm, çörək alacam"" — müsahibimiz danışır.

Bir neçə ay öncə onun əl işləri Ağdamın Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzindəki rəsm qalereyasında nümayiş olunub. Bu günə qədər əl işlərindən maddi qazanc əldə etməyib, baxmayaraq ki, bir maketin hazırlanması üçün istifadə etdiyi kibrit, yapışqan və digər ləvazimatlara, təqribən 40-50 manat vəsait xərcləyir.

© Sputnik / Ramil IbrahimovSərvərin ən böyük arzusu hazırladığı maketlərin sərgisini xaricdə təşkil etməkdir.
Sərvərin ən böyük arzusu hazırladığı maketlərin sərgisini xaricdə təşkil etməkdir. - Sputnik Azərbaycan
Sərvərin ən böyük arzusu hazırladığı maketlərin sərgisini xaricdə təşkil etməkdir.

S. Abdullayev, emalatxanası olarsa, daha çox işlər görəcəyinə və bundan maddi gəlir əldə edə biləcəyinə inanır. Ən böyük arzusu isə respublikadan kənarda, daha geniş auditoriya qarşısında hazırladığı maketlərin sərgisini təşkil etməkdir.

Xəbər lenti
0