BAKI, 1 fev — Sputnik. Türkiyənin kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatı (MİT), aralarında kimlərinsə İŞİD-lə əlaqəsi olma ehtimalına qarşı, Türkiyədə çalışan 850 xarici pilotu nəzarətə götürüb. Sputnik Azərbaycan Haberler-ə istinadla xəbər verir ki, hazırda MİT həmin əcnəbi pilotların İŞİD-lə əlaqəsinin olub-olmadığını araşdırır.
Qeyd olunur ki, xüsusi xidmət orqanları, Türkiyədə ABŞ-da yaşanmış 11 sentyabr terror aktına bənzər bir hadisənin baş verməməsi üçün bütün imkanları səfərbər edib. Məlumata görə, kəşfiyyat qurumları Reina terrorundan sonra ölkədə daha dəhşətli terror aktının törədilməsi ehtimalını araşdırır.
Bildirək ki, hazırda Türkiyədə, 700-ü Türk Hava Yollarında olmaqla, 850 əcnəbi pilot çalışır.