BAKI, 1 fev — Sputnik. Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib. Sputnik Azərbaycan xəbər verir ki, sessiyada ətraf mühitə təsirin qiymətləndirilməsi, kənd təsərrüfatında sığortanın stimullaşdırılması, turizm, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması, məktəbəqədər təhsil, kinematoqrafiya haqqında qanun layihələri müzakirə ediləcək.
Yaz sessiyasında həmçinin reproduktiv sağlamlığın qorunması, psixoloji yardım, sağlamlığa və inkişafa ziyan vuran informasiyalardan uşaqların qorunması haqqında qanun layihələrinə baxılacaq.
Çıxışlardan sonra iş planı səsə qoyularaq qəbul edilib.