CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onların səhv etmə ehtimalı 8 faizdən çox deyil

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu - Sputnik Azərbaycan
Abunə olmaq
Gülşad Məmmədova: "Qonşu ölkələrdə müşahidə olunan havanın bizə gəlməsində küləyin istiqaməti, sürəti də öz təsirini göstərir"

BAKI, 1 fev — Sputnik. Son vaxtlar AMEA-nın cografiya institutunun bəzi əməkdaşları tərəfindən hava şəraiti ilə bağlı heç bir əsası olmayan proqnozlar verilir. Ümumiyyətlə, ölkədə proqnozların verilməsi üçün səlahiyyətli orqan kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu fəaliyyət göstərir. Bürounun direktor əvəzi Gülşad Məmmədovanın Sputnik Azərbaycan-a müsahibəsini təqdim edirik:

© Sputnik / Irade JELILGülşad Məmmədova
Gülşad Məmmədova - Sputnik Azərbaycan
Gülşad Məmmədova

- Gülşad xanım, hazırda büronun iş fəaliyyətində hansı texnologiyalardan istifadə edilir?

— Azərbaycanda proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədi ilə 2004-cü ildə TURKMETCAP proqramı tətbiq edilib, 2010-cu ildə isə son versiyası gətirilib. TURKMETCAP — sinoptik vizuallaşdırma və təhlil sistemidir. Proqnozların hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri bu sistem vasitəsi ilə əldə olunur və informasiya mübadiləsi həyata keçirilir.

VSAT — Peyk Məlumat Mübadiləsi Sistemidir. Bu peyk systemi vasitəsilə Türkiyə Meteoroloji Xidmətin kompüter şəbəkəsinə qoşulmaq imkanı yaranıb. Roshidrometin UniMASS — Məlumatların Kommutasiya Mərkəzi vasitəsi ilə informasiya mübadiləsini həyata keçirir, onun vasitəsilə ECMWF RUMS proqnostik xəritələri əldə olunur. Proqnozların hazırlanmasında ECMWF-in EPS meteoqramlarının (Ansambl metodu) nəticələrindən də istifadə olunur.

© Sputnik / Irade JELILDepartamentdə proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədilə yeni texnologiyalara əsaslanan proqramlar tətbiq edilib
Departamentdə proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədilə yeni texnologiyalara əsaslanan proqramlar tətbiq edilib - Sputnik Azərbaycan
Departamentdə proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədilə yeni texnologiyalara əsaslanan proqramlar tətbiq edilib

EUMETSAT peyk sistemi 12 spektr üzrə bulud sistemlərinin vizuallaşmasını təmin edir. Departamentdə proqnoz və xəbərdarlıqların keyfiyyətinin artırılması məqsədilə yeni texnologiyalara əsaslanan proqramlar tətbiq edilib, proqnozların hazırlanmasında hər 15 dəqiqədən bir yenilənən sputnik, istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri bu sistem vasitəsi ilə əldə olunur və informasiya mübadiləsi həyata keçirilir. Hər gün yenilənən məlumatlar Ümumdünya Meteorologiya Təşkilatının saytında yerləşdirilir. Son aylarda hidrometeoroloji müşahidələr avtomatlaşdırılmış stansiyalar vasitəsilə aparılır. Belə ki, respublika üzrə 70-ə yaxın avtomatik meteoroloji stansiya quraşdırılıb və sinoptik teleqramlar internet vasitəsilə qəbul edilir.

Proqnozların tərtibatında Departamentdə standartlara uyğun yeni texnologiyalardan istifadə olunur. Bütün bu məlumatlar üzərində təhlillər və analizlər aparıldıqdan sonra yekun olaraq hidrometeoroloji vəziyyətin dəyişməsi ilə bağlı proqnozlar və xəbərdarlıqlar tərtib edilir. Əhalinin məlumatlandırılması üçün mütəmadi olaraq gündəlik müşahidə olunan faktiki və gözlənilən hava proqnozları, eyni zamanda çaylarda müşahidə olunan daşqın, sel və faktiki sululuq haqqnda məlumatlar hazırlanaraq Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

© Sputnik / Irade JELILBütün bu məlumatlar üzərində təhlillər və analizlər aparıldıqdan sonra yekun olaraq hidrometeoroloji vəziyyətin dəyişməsi ilə bağlı proqnozlar və xəbərdarlıqlar tərtib edilir
Bütün bu məlumatlar üzərində təhlillər və analizlər aparıldıqdan sonra yekun olaraq hidrometeoroloji vəziyyətin dəyişməsi ilə bağlı proqnozlar və xəbərdarlıqlar tərtib edilir - Sputnik Azərbaycan
Bütün bu məlumatlar üzərində təhlillər və analizlər aparıldıqdan sonra yekun olaraq hidrometeoroloji vəziyyətin dəyişməsi ilə bağlı proqnozlar və xəbərdarlıqlar tərtib edilir

- Gülşad xanım, hidrometeoroloji proqnozlar bürosunda hansı növ proqnozlar tərtib edilir?

— Respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat) proqnozlar, respublikanın 7 bölgəsi üçün verilən aylıq proqnozlar, Xəzər dənizinin 6 akvatoriyası üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli (48, 72 saat) dəniz hidrometeoroloji proqnozlar, qısamüddətli (sutkalıq) hidroloji proqnozlar, ongünlük hidroloji proqnozlar, uzunmüddətli — aylıq, rüblük hidroloji proqnozlar, yaz-yay gursululuğu dövrünün hidroloji proqnozları, ölkənin 37 şəhəri üzrə verilən qısamüddətli proqnozlar, gözlənilən təhlükəli və təbii fəlakət hadisələri barəsində xəbərdarlıq, tibbi-meteoroloji proqnozlar tərtib edilir.

- Proqnozların özünü doğrultma səviyyəsi necədir?

— Proqnozlaşdırma çox məsuliyyətli və çətin işdir. Biz proqnozlar tərtib edərkən onun özünü doğrultması barədə çox narahat oluruq. Amma proqnozların özünü doğrultma faizi yüksəkdir — 92-93 faizdir. Düzdür, bəzən əhali gecə və gündüz saatları üçün deyilən hava proqnozunu qarışdırır. Tərtib olunan proqnozlar, edilən dəyişikliklər vaxtlı-vaxtında KİV-ə çatdırılır.

© Sputnik / Irade JELILÖlkənin 37 şəhəri üzrə verilən qısamüddətli proqnozlar, gözlənilən təhlükəli və təbii fəlakət hadisələri barəsində xəbərdarlıq, tibbi-meteoroloji proqnozlar tərtib edilir
Ölkənin 37 şəhəri üzrə verilən qısamüddətli proqnozlar, gözlənilən təhlükəli və təbii fəlakət hadisələri barəsində xəbərdarlıq, tibbi-meteoroloji proqnozlar tərtib edilir - Sputnik Azərbaycan
Ölkənin 37 şəhəri üzrə verilən qısamüddətli proqnozlar, gözlənilən təhlükəli və təbii fəlakət hadisələri barəsində xəbərdarlıq, tibbi-meteoroloji proqnozlar tərtib edilir

- Bəzi mütəxəssislər 3 ay öncədən "bu qış çox sərt keçəcək" kimi açıqlama verirlər. Belə proqnozlar vermək düzgündürmü?

— Bəli, çox doğru qeyd edirsiniz. Bizdə fəsillik proqnozlar da hazırlanır. Artıq dekabr ayında qışın sərt və ya mülayim keçəcəyi barədə proqnozlar verilir. Bizdə dekabr-yanvar ayları, müşahidə etdiyimiz kimi nisbətən mülayim hava şəraiti ilə xarakterizə olundu. Əvvəlki illərə nəzər salsaq, çox kəskin hava şəraiti də yanvar ayında müşahidə edilib, çox mülayim hava şəraiti də yanvar ayında müşahidə edilib. Fevralın ilk günlərini yaşayırıq. Proqnozlaşdırdığımız kimi, ayın axırına doğru hava şəraitinin yağıntılı keçdiyini gördük. Proqnozların özünü doğrultma faizi çox yüksəkdir. Qış haqqında proqnoz dekabr ayında hazırlanır. Yanvar-fevral ayları qışın ən soyuq ayları kimi xarakterizə olunur. Nə qədər yanvar ayında hava şəraiti mülayim olsa da, şaxtalı və qarlı hava şəraitinin də olacağı proqnozlaşdırılır.

© Sputnik / Irade JELILYanvar-fevral ayları qışın ən soyuq ayları kimi xarakterizə olunur
Yanvar-fevral ayları qışın ən soyuq ayları kimi xarakterizə olunur - Sputnik Azərbaycan
Yanvar-fevral ayları qışın ən soyuq ayları kimi xarakterizə olunur

- Hava şəraiti meteohəssas insalar üçün necə müəyyən edilir?

— Bizim büroda meteohəssas insanlar üçün də hava proqnozu verilir. Meteohəssas insanlara xəbərdarlıq edəndə artıq onlar buna hazır olurlar. Gün ərzində cənub küləyinin bir qədər güclənməsi, atmosfer təzyiqinin bir qədər aşağı enməsi müşahidə edilirsə, insanlarda artıq narahatlıqlar yaranmağa başlayır. Atmosfer təzyiqinin aşağı enməsi, yüksəlməsi meteohəssas insanlara təsir göstərir. Əgər hava şəraiti sakitdirsə, bu metohəssas insanlar üçün də əlverişli hava şəraitidr.

- Qonşu ölkələrdə olan hava şəraiti Azərbayacana da təsir edir. Bəzən "şimaldan gələn soyuq hava kütlələri" deyirlər. Bu hava kütlələri hansı müddətə özünü göstərir?

— Bir neçə gün öncə Azərbaycanda mülayim hava kütlələri müşahidə edilirdi. Amma yanvarın 29-dan başlayaraq, hava şəraitində dəyişiklik müşahidə edilməyə başladı. Qonşu ölkələrdə hava şəraitinin kəskin dəyişməsi bizə də öz təsirini göstərir. Qonşu ölkələrdə müşahidə olunan havanın bizə gəlməsində küləyin istiqaməti, sürəti də öz təsirini göstərir. Bəzən 2-3 gün ərzində öz təsirini göstərir. Bəzən göstərməyə də bilər. Yanvar ayının əvvələrində Türkiyədə hava şəraiti çox dəyişkən idi, amma bizə öz təsirini göstərmədi.

© Sputnik / Irade JELILBu rənglər soyuq və isi hava kütlələrini izah edir
Bu rənglər soyuq və isi hava kütlələrini izah edir - Sputnik Azərbaycan
Bu rənglər soyuq və isi hava kütlələrini izah edir

- Efirdə hava haqqında proqnoz təqdim edilən zaman müxtəlif rənglər göstərilir. Bu rənglərin mənası nədir?

— Bu rənglər soyuq və isi hava kütlələrini izah edir. Rənglər soyuq və isti cəbhəni göstərir. Göy xəttlər soyuq, qırmızı xəttlər isə isti cəbhəni göstərir.

Xəbər lenti
0