BAKI, 1 fev — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda "Nissan" markalı minik avtomobilinin yol kənarında olan beton səkiyə çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış vətəndaşı deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:35-də başa çatıb.
"Nissan" yol kənarında olan beton səkiyə çırpılıb
11:37 01.02.2017 (Yenilənib: 20:50 16.11.2021)
CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Abunə olmaq
Xilasedicilər sıxılmış vəziyyətdə qalmış vətəndaşı deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər