Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilir

Abunə olmaq
Parlamentin iclasının gündəliyinə 27 məsələ daxil edilib

BAKI, 1 fev — Sputnik. Bu gün Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib.

İclasda parlamentin İntizam komissiyasının, Hesablayıcı komissiyasının yenidən təşkil edilməsinə, 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planına baxılacaq. "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişikliklər müzakirə ediləcək.

İclasda "İnformasiya əldə etmək haqqında", "Müflisləşmə və iflas haqqında", "Mühasibat uçotu haqqında", "Reklam haqqında", "Qrant haqqında", "Sosial sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Aviasiya haqqında", "Gömrük tarifi haqqında", "Dövlət rüsumu haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

Cinayət, İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişikliklər müzakirə ediləcək. İclasda Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişiklik edilməsi haqqında qanun layihəsinə də baxılacaq.

Xəbər lenti
0