CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkilindən "ərəb baharı" xəbərdarlığı

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Siyavuş Novruzov: "Telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir. "Ərəb baharı" zamanı da da belə hallar baş verirdi"

BAKI, 1 fev — Sputnik. İllik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən, o cümlədən hesabatları yalnız ağ kağız olan partiyaların məsələsi Milli Məclisin plenar iclasında qaldırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məsələ qaldırıb.

Piyadaların cərimələnməsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni cərimə millət vəkilini də qəzəbləndirdi: "Buna nə haqları var?"

Millət vəkili bildirib ki, bəzi siyasi partiyalar maliyyə əməliyyatlarını gizlədir: "Hansı ki, həmin partiya sədrləri cangüdənlə gəzirlər. Bəs o cangüdənlər hansı pulla maliyyələşdirilir? Bununla bağlı parlament tədbir görməlidir, qərar qəbul etməlidir".

O, daha bir məsələyə də toxunub: "Mobil rabitə ilə bağlı ciddi problemlər yaranır. Telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir. "Ərəb baharı" zamanı da belə hallar baş verirdi. O zaman müxtəlif adamların telefonlarına zəng gəlirdi, sonra kəsilirdi. Bu, yoxlanışdır, bir imtahandır. İnformasiya təhlükəsizliyi məsələsinə görə bunun araşdırılmasına ehtiyac var".

Xəbər lenti
0