CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlan-qurbağa gölündə çörək axtaranlar

© Sputnik / Rahim MuradovHəsirçi Siddiqə Alışova
Həsirçi Siddiqə Alışova - Sputnik Azərbaycan
Abunə olmaq
Bu insanlar yüzillərə dayanan sənəti yaşadırlar

Rahim Zakiroglu, Sputnik Azərbaycan

BAKI, 1 fev — Sputnik. Qədimdən bu yana Azərbaycanda müxtəlif sənətkarlıq sahələri təşəkkül tapıb. Bunların arasında toxuculuq da xüsusi yer tutub. Zaman keçdikcə bu sənətin müxtəlif növləri yaranıb, inkişaf edib.

Qədim sənət növü təkəlduz - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Məhbusların gizli şifrələrini daşıyan sənət

Toxuculuq dəzgahı hörmə əməliyyatından toxuma texnikasına keçid mərhələsində, qədim dövrə xas olan texniki vasitələr içərisində ən mürəkkəb alət idi. Hörmə texnikasının təkmilləşməsi müxtəlif sahələrin meydana gəlməsinə zəmin yaratdı. Bu sənətlərdin biri də həsirçilikdir.

Ağac çubuqları, lifli və dənli bitkilərdən istifadə olunan həsirçilik bu günə kimi öz əhəmiyyətini itirməyib. Bu sənət növü ilə qədimdən bəri, əsasən Masallı, Lənkəran və Astarada məşğul olurlar. Bunun əsas səbəblərindən biri bölgənin iqlim şəraiti ilə bağlıdır.

Məlumdur ki, respublikanın cənub bölgəsində subtropik iqlim olduğundan, il boyu burada nəmişlik hökm sürür. Onu qeyd edək ki, cənub zonasında ən çox həsir toxuyanlar Masallı rayonunun Musakücə kəndində yaşayırlar.

© Sputnik / Rahim MuradovСənub zonasında ən çox həsir toxunan yer Masallının Musakücə kəndidir
Сənub zonasında ən çox həsir toxunan yer Masallının Musakücə kəndidir - Sputnik Azərbaycan
Сənub zonasında ən çox həsir toxunan yer Masallının Musakücə kəndidir

Hazırda Musakücədə 30 nəfərədək həsirçi yaşayır ki, onların da hamısı qadınlardır. Köhnə həsirçilərindən olan, 1953-cü il təvəllüdlü Siddiqə Alışova bu peşəni öyrənməsini belə nəql edir: "Mən əslən Masallının Babaser kəndindənəm. 1974-cü ilə bu kəndə gəlin gəldim və gəldiyim gündən həsir toxumağı öyrənməyə başladım. O vaxtlar hamının evində var idi həsir, hamı istifadə edərdi. Evlərə taxtadan döşəmə vurmazdılar, gildən hazırlanan palçıq şirəsi çəkilərdi, sonra isə ikiqat həsir döşənərdi və üstündən palaz sərilərdi".

© Sputnik / Rahim MuradovMusakücə sakini Siddiqə Alışova 40 ildən ildən artıqdır bu sənətlə məşğuldur.
Musakücə sakini Siddiqə Alışova 40 ildən ildən artıqdır bu sənətlə məşğuldur. - Sputnik Azərbaycan
Musakücə sakini Siddiqə Alışova 40 ildən ildən artıqdır bu sənətlə məşğuldur.

"Bilirsiniz ki, bizim zonamızda nəmişlik çoxdur. Həsir nəmişliyin qarşısını alır. Həsiri qabaqlar evlərdən əlavə, əkin sahələrində də istifadə edərdilər. Yayda sahələrdə dincəlmək üçün ağaclardan pələmə düzəldərdilər, ortasına da həsir sərərdilər. Buna görə həsirə tələbat çox idi. Bizim ailədə də bu sənətlə məşğul olurdular deyə, mən də öyrəndim. Həsir toxumaqla neçə illərdir, ailəmizi dolandırırıq. Başqa işim yoxdur, həsir toxuyub satıram" — deyir Siddiqə nənə.

Onun sözlərinə görə, həsiri toxumaq üçün, yay aylarında kolluqlardan yığdıqları lığ və gölməçələrdən yığdıqları, talış dilində "pizə" adlanan gölməçə bitkisindən istifadə edirlər: "May ayından bu lığ və pizələri yığmağa başlayırıq. Əvvəl lığları yığırıq, sonra isə iyun-iyul aylarında pizələri yığırıq. 500-600 bağlama yığırıq və gətirib səririk həyətdə günün altına. Quruduqdan sonra onları topalayıb saxlayırıq".

© Sputnik / Rahim MuradovƏvvəllər evlərə taxtadan döşəmə vurmazdılar, gildən hazırlanan palçıq şirəsi çəkilər, sonra isə ikiqat həsir döşənərdi.
Əvvəllər evlərə taxtadan döşəmə vurmazdılar, gildən hazırlanan palçıq şirəsi çəkilər, sonra isə ikiqat həsir döşənərdi. - Sputnik Azərbaycan
Əvvəllər evlərə taxtadan döşəmə vurmazdılar, gildən hazırlanan palçıq şirəsi çəkilər, sonra isə ikiqat həsir döşənərdi.

Həmsöhbətimiz deyir ki, bütün bu proses içərisində ən çətini pizələri yığmaqdır: "İlan-qurbağa ilə dolu olan gölməçələrə giririk. Üstəlik qurşaqdan yuxarı gölməçəyə giririk. Nə edək? Çörəyimiz bundan çıxır. Pizələr və lığlar üçün qonşu kəndlərə də gedirik".

"Lığ quruduqdan sonra ondan əllərimizin arasında burma üsulu ilə iplər hazırlayırıq. Sonra eşmədə uzadırıq və başlayırıq toxumağa. Uzatdığımız lığ hörmələrin arasında pizələri xüsusi üsulla toxuyuruq. Toxuma vaxtı pizələr ilıq suda isladılmalıdır ki, həm həsirin toxunması vaxtı pizələr qırılmasın, həm də toxunması rahat olsun. Toxuyub bitirdikdən sonra, əvvəlcə həsirin toxunub bitən hissəsini xüsusi üsulla düyünləyib bağlayırıq, ardınca isə kənarlarında artıq qalan pizələri oraqla kəsirik" — danışır Siddiqə nənə.

© Sputnik / Rahim MuradovHəsiri toxumaq üçün, yay aylarında kolluqlardan yığdılan lığ və gölməçələrdən toplanan, talış dilində "pizə" adlanan bitkidən istifadə edirlər
Həsiri toxumaq üçün, yay aylarında kolluqlardan yığdılan lığ və gölməçələrdən toplanan, talış dilində pizə adlanan bitkidən istifadə edirlər - Sputnik Azərbaycan
Həsiri toxumaq üçün, yay aylarında kolluqlardan yığdılan lığ və gölməçələrdən toplanan, talış dilində "pizə" adlanan bitkidən istifadə edirlər

Müsahibimiz həsirin uzunluğunun standart 3 metr 80 sm, eninin isə 1 metr 10 sm olduğunu qeyd edir. Deyir ki, en və uzunu, sifarişçinin istəyinə görə bir az da artırmaq mümkündür.

S. Alışova bu sənəti gəlininə də öyrədib və evdə başqa işi olmayanda gəlini həsir toxuyur. Bir həsirin qiyməti isə 10-12 manat civarında dəyişir: "Müstəqilliyin ilk illərində həsir satışı zəifləmişdi, indi yenidən həsir yoluna düşüb. Bu həsirləri, əsasən restoranlar və dənizkənarı istirahət mərkəzləri üçün alırlar".

Xəbər lenti
0