BAKI, 1 fev – Sputnik. Hindistanda tikilməkdə olan 6 mərtəbəli bina çöküb. Hadisə nəticəsində 5 nəfər ölüb, 40-a yaxın adamın dağıntılar altında qaldığı bildirilir.
Sputnik Azərbaycan Washington Post-a istinadən xəbər verir ki, sözügedən bina Kanpur şəhəri ətrafında yerləşir. Hazırkı ana qədər dağıntılar altından 3 nəfər sağ çıxarılıb.
Hələlik qəzanın baş vermə səbəbi tam olaraq bilinməsə də, ehtimala görə binanın təməli möhkəm tikilməyib.