BAKI, 1 fev — Sputnik. ABŞ-da Nümayəndələr Palatasının Florida ştatından olan senatoru Elsey Hastinqs Konqresə İranla bağlı mühüm qətnamə təqdim edib. Sözügedən qətnamə "İrana qarşı hərbi gücdən istifadəyə icazə" başlığı daşıyır.
Sputnik Azərbaycan Lenta.ru-ya istinadən xəbər verir ki, senatorun təklifi artıq Konqresin məlumat bazasına yerləşdirilib. "İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün lazım gəlsə, ABŞ ordusundan istifadəyə icazə verilsin" — deyə qətnamədə qeyd olunur.