BAKI, 1 fev — Sputnik. 125 deputat köməkçisinə dövlət qulluqçusu statusu verilsin.
Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Elmira Axundova Milli Məclisin bugünkü plenar iclasında deyib.
O, bildirib ki, hətta 5 il işləyənə də 5 illik dövlət qulluqçusu stajı yazılsın: "Köməkçilərin əksəriyyəti cavanlardır və çoxunun mənzilləri yoxdur. Onlar istəyirlər ki, sosial evlərə, ya da ipotekaya sahib olsunlar. Bu yaxınlarda məsələ ilə maraqlandım və öyrəndim ki, heç bir deputat köməkçisi sosial ipoteka və sosial mənzil ala bilməyəcək. Çünki, onlar dövlət qulluqçusu deyillər. Sosial ipoteka və ya sosial mənzil almaq üçün ən az 3 il dövlət qulluqçusu işləmək lazımdır".
E.Axundova Milli Məclis rəhbərliyini bu problemlə məşğul olmağa çağırıb: "Xahiş edirəm Milli Məclis rəhbərliyi 125 nəfərin taleyi ilə yaxından məşğul olaraq müvafiq qurumlar qarşısında yenə də məsələ qaldırsın".