Bu gecə güclü şaxta gözlənilir

© Sputnik / Rahim MuradovLənkəranda qar
Lənkəranda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Cənub bölgəsində qar sabah günortaya qədər yağmağa davam edəcək

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 1 fev — Sputnik. Cənub zonasında soyuq-qarlı hava şəraiti 27-28 yanvar tarixlərindən dağlıq ərazilərə qarın yağması ilə başlayıb və davam etməkdədir. Lənkəran və Astaraya yanvarın 31-dən fevralın 1-nə keçən gecədən yağan güclü yağış intensiv qarla əvəz olunub. Gecə saatlarından etibarən Lənkərana yağan güclü qar şəhər ərazisində 8-10 sm qar örtüyü yaradıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, səhər saatlarından şəhərdə küçələrin qardan təmizlənməsi işinə başlanılıb. Mənzil İstismar Kommunal İdarəsinin işçiləri və Şəhər Elektrik İdarəsinin işçiləri fasiləsiz iş rejimində işləyiblər. Lənkəran şəhəri ərazisində küçələrdə asfalt örtüyünün qardan təmizlənməsi üçün 1 ədəd qreyder və 1 ədəd ekskavator cəlb olunub və günorta saatlarına kimi şəhər küçələri qardan tam təmizlənib.

© Sputnik / Rahim MuradovLənkəranda qar
Lənkəranda qar - Sputnik Azərbaycan
1/7
Lənkəranda qar
© Sputnik / Rahim MuradovLənkəranda qar
Lənkəranda qar - Sputnik Azərbaycan
2/7
Lənkəranda qar
© Sputnik / Rahim MuradovLənkəranda qar
Lənkəranda qar - Sputnik Azərbaycan
3/7
Lənkəranda qar
© Sputnik / Rahim MuradovLənkəranda qar
Lənkəranda qar - Sputnik Azərbaycan
4/7
Lənkəranda qar
© Sputnik / Rahim MuradovLənkəranda qar
Lənkəranda qar - Sputnik Azərbaycan
5/7
Lənkəranda qar
© Sputnik / Rahim MuradovLənkəranda qar
Lənkəranda qar - Sputnik Azərbaycan
6/7
Lənkəranda qar
© Sputnik / Rahim MuradovLənkəranda qar
Lənkəranda qar - Sputnik Azərbaycan
7/7
Lənkəranda qar
1/7
Lənkəranda qar
2/7
Lənkəranda qar
3/7
Lənkəranda qar
4/7
Lənkəranda qar
5/7
Lənkəranda qar
6/7
Lənkəranda qar
7/7
Lənkəranda qar

48 saylı Yol İstismar İdarəsi isə rayon ərazisindən keçən magistral yolları qardan təmizləyib. Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynov Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyib ki, dünən gecə saatlarından intensiv yağmağa başlayan qar Cənub zonasında ən çox Lerik rayonunda və dağlıq ərazilərdə qeydə alınıb.

Lerik rayonu ərazisində qarın qalınlığı 40 sm təşkil edir. Fevralın 1-dən 2-nə keçən gecə Lənkəran-Astarada 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə isə 9-14 dərəcə şaxta olacağı gözlənilir. Hüseynov bölgədə yağıntılı hava şəraitinin 2 fevral tarixində günorta saatlarına kimi davam edəcəyini bildirib.

Xəbər lenti
0