BAKI, 31 yan — Sputnik. Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili yardım xidmətinə təhvil verilib və 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.