Azərbaycanda qış mövsümü davam edir. 2014-cü ilin yanvarında açılan və Qəbələ rayonunun 4 kilometrliyində yerləşən populyar qış kurortu "Tufandağ" qonaqları qəbul etməkdə davam edir.
Sputnik Azərbaycan-ın kompleksin idarəetmə orqanına istinadla verdiyi məlumata görə, "Tufandağ" gündə 3 mindən artıq adamı qəbul etməyə və onlara xidmət göstərməyə qadirdir.
Xizək yolları öz çətinliyinə görə yuxarı, orta və aşağı səviyyəlidir. Bu yollar salınarkən, hər cür xizəksürmə qabiliyyətinə malik turist nəzərə alınıb.