BAKI, 31 yan – Sputnik. Türkiyə konstitusiyasına dəyişikliklə bağlı referendum aprelin 9-da keçirilə bilər.
Sputnik Azərbaycan Hürriyet-ə istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri İlnur Çevik açıqlama verib.
O deyib ki, ölkə konstitusiyasına dəyişikliklə bağlı proses müxalif MHP lideri Dövlət Baxçalının dəstəyi ilə başlayıb: “Konstitusiyaya dəyişikliklər məsələsi dəfələrlə gündəmə gətirilib. Ancaq son anda unudulub. Son olaraq Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı mövzunu yenidən gündəmə gətirdi və proses yenidən başladı. Hakim Ədalət və İnkişaf partiyası MHP ilə bu prosesdə birgə çalışdı və hörmətli Baxçalının istəyi ilə dəyişiklik ediləcək maddələrin sayı 21-dən 18-ə endirildi”.