Politoloq İlqar Vəlizadə deyir ki, əslində bu, Amerikanın “telefon diplomatiyası”dır: “Bundan öncə Tramp bir sıra qərbi Avropa liderləri ilə telefon danışıqları aparıb. Əslində bu prosesi “Amerikanın telefon diplomatiyası” adlandırmaq olar. Tramp xarici siyasətində addımları müəyyənləşdirmək üçün siyasi məsləhətləşmələr aparır”.
“Trampla Putin arasındakı danışıqlar çox vacibdir. Mövcüd Amerika administrasiyası anlayır ki, Yaxın Şərq, Şərqi Avropa və digər regionlarda Rusiyanın maraqlarını nəzərə almadan siyasət aparmaq çətindir. Bu müzakirələr onu göstərir ki, artıq prioritetlər müəyyən olunub. Prioritetlər isə Yaxın Şərq, İranın nüvə problemi, Ukrayna məsələsi və digər bu kimi məsələləri əhatə edir. Bütün hallarda bunun müsbət tərəfi odur ki, tərəflər birbaşa danışıqlar aparmağı qərara alıblar. Trampla Putinin arasında birbaşa telefon əlaqəsinin olması problemli məslələri həll etmək üçün vacibdir. Bu cür siyasət davam etsə, bu, tərəflərin gec-tez ortaq məxrəcə gəlməsinə zəmin yaranacaq” — deyə o bildirib.